Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirir
6 May 2022 11:37 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumio Ukraynadakı müharibə ilə əlaqədar Rusiya fərd və təşkilatlarına qarşı sanksiyaları genişləndirəcəklərini bildirib.Kişida G-7 ölkələrinin Ukraynada oynadığı rolun əhəmiyyətinə diqqət çəkərək, "Sülh və asayişi qorumaq üçün G-7 həmrəyliyini gücləndirməliyik" deyə bildirib.Yaponiyanın baş naziri təxminən 140 nəfərin aktivlərini donduracaqlarını və Rusiya ordusuna bağlı 70 təşkilatın ixracına məhdudiyyətlər tətbiq edəcəklərini də qeyd edib.Qərara uyğun olaraq, Yaponiya hökuməti Rusiyaya qabaqcıl texnologiyalar, o cümlədən kvant kompüterləri də daxil olmaqla malların ixracını qadağan edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31