Çində yaşayış binasının çökməsi nəticəsində 53 nəfər ölüb
6 May 2022 10:15 DünyaÇinin Çanşa şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.
Məlumata əsasən, hadisə yerində axtarış əməliyyatı başa çatıb. Şəhər rəhbərliyi dağıntılar altında daha insanların olmadığını təsdiqləyib.
Xatırladaq ki, 8 mərtəbəli yaşayış binası aprelin 29-u səhər saatlarında çöküb. Bina 2012-ci ildə tikilib və 6 mərtəbədən ibarət olub, lakin 2018-ci ildə binaya daha iki mərtəbə əlavə olaraq tikilib. Binada mağaza, restoran, kiçik kinoteatr və qəhvəxana, otel, həmçinin yaşayış mənzilləri yerləşirdi.
Polis hadisə ilə bağlı ən azı 9 nəfəri, o cümlədən binanın sahibi və tikinti işlərinin rəhbərini saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31