İsrailin Elad şəhərində terror aktı baş verib.
Olaylar.az "Kan" radiostansiyasına istinadən xəbər verir ki, naməlum şəxslər odlu silah və balta ilə insanlara hücum ediblər.
Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Bildirilir ki, hazırda hücum edən şəxslərin axtarışları aparılır.