ABŞ Prezidenti və Olaf Şolts arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.

Məlumata görə, telefon danışığı yarım saat davam edib.

Onlar Ukraynaya gələcək dəstəyin zəruriliyi ilə bağlı razılığa gəliblər, həmçinin ölkənin sərhədlərinin dəyişdirilməsinin legitimliyini tanımadıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31