Qonşu ölkələrə 5,7 milyondan çox qaçqın gəlib

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri qonşu ölkələrə Ukraynadan 5,7 milyondan çox qaçqın gəlib, son sutka ərzində onların sayı 50 mindən çox artıb.

Olaylar.az TASS-a istinadən bildirir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi bildirib.

İdarənin saytında yerləşdirilmiş məlumata görə, fevralın 24-dən mayın 4-dək Ukraynanı tərk edənlərin sayı 5 milyon 707 min 967 nəfərə çatıb. Son sutka ərzində 50 min 782 qaçqın qonşu dövlətlərin sərhədlərini keçib. BMT QAK-ın məlumatına görə, göstərilən müddət ərzində Rusiyaya 714 713, Polşaya 3 119 196, Rumıniyaya 854 292, Macarıstana 545 311 qaçqın gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31