"Ukraynaya əlavə hərbi texnika göndərmək qərarına da gəldik” - Marin
5 May 2022 19:05 DünyaFinlandiya hökuməti Ukraynaya 70 milyon avro məbləğində maliyyə yardımı ayıracaq və Kiyevi əlavə hərbi texnika ilə təmin edəcək.
Olaylar.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin Varşavada Ukrayna üzrə yüksək səviyyəli beynəlxalq donor konfransında deyib. "Biz cari ehtiyacları ödəmək və yenidənqurma işlərinə kömək etmək üçün yardım paketi hazırlayırıq.
Parlamentin təsdiqinə ehtiyacı olan bu paket təxminən 70 milyon avro təşkil edəcək. Biz bu gün Ukraynaya əlavə hərbi texnika göndərmək qərarına da gəldik", - Marin bildirib. O qeyd edib ki, ölkə Finlandiyadakı ukraynalı qaçqınlara kömək üçün 700 milyon avro xərcləyəcək.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31