"Moldovanın işğalı üçün plan hazırlanıb" - Ukrayna əks-kəşfiyyatı
5 May 2022 19:00 DünyaRusiya Moldovanı işğal etmək üçün müfəssəl plan hazırlayıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Kanal 24" telekanalı əks-kəşfiyyat mənbələrinə əsasən məlumat yayıb.
Bildirilib ki, Rusiya mayın 9-dək və ya həmin gün Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər: "Bu, ikinci cəbhənin açılması ilə nəticələnəcək. İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir".
Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31