Ukraynalıların ruslara münasibəti - SORĞU

Ukraynalıların 69%-i ruslara mənfi münasibət bəsləyir, müsbət münasibət bəsləyənlərin sayı il ərzində 3 dəfədən çox azalıb və hazırda cəmi 8% təşkil edir.

Olaylar.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda "Reytinq" Sosioloji Qrupunun aprelin 27-də keçirdiyi sorğunun nəticələrində deyilir.

"Son bir ildə Rusiya sakinlərinə münasibət xeyli pisləşib, eyni zamanda rusdilli ukraynalılara münasibət yaxşılaşıb", - məlumatda qeyd olunur.

Yalnız 22% Belarus sakinlərinə müsbət münasibət göstərir (göstərici il ərzində üç dəfə pisləşib), mənfi - 33%, neytral - 42%.

30%-i Ukraynada yaşayan ruslara müsbət yanaşır, 27%-i mənfi, 39%-i neytraldır.

Ukraynalılar ukraynadillilərə (95% - müsbət) və rusdillilərə (57% - müsbət, 30% - neytral, 13% - mənfi) ən yaxşı münasibət göstərirlər.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31