"NATO maşınlarını məhv edəcəyik"

"OLAYLAR.az"  "RİA Novosti"-ə istinadən xəbər verir ki , Rusiyanın müdafiə naziri Sergey Şoyqu  telekonfransda Ukrayna qoşunları üçün silah daşıyan NATO maşınlarının məhv ediləcəyini bildirib. Nazir qeyd edib ki, "ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah gətirməyə davam edir".

Şoyqu həmçinin bildirib ki, Rusiya hərbçiləri Ukraynada keçirilən xüsusi əməliyyat zamanı " cəsarət nümayiş etdirir , hərbi borcunu şərəflə yerinə yetirir, Donbass əhalisinin təhlükəsizliyini təmin edir".

Nazir bildirib ki, RF Silahlı Qüvvələri "Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31