Norveçin Equinor şirkəti Rusiya neftindən imtina etdi

Olaylar.az MK.RU-a istinadən  xəbər verir ki, fevralın 28-də Rusiyaya yeni investisiyaları dayandırdığını elan edən Norveçin Equinor şirkəti Rusiya aktivlərinin silinməsindən 1,08 milyard dollar xalis zərərlə üzləşib.Bu barədə İnterfaks xəbər agentliyi məlumat yayıb.Şirkətin dərc etdiyi hesabatda, silinmiş məbləğin 251 milyon dolları əsas vəsaitlərə və qeyri-maddi aktivlərə aiddir. Digər 832 milyon dollar isə investisiyalar üçündür.Equinor da Rusiya nefti ilə ticarəti dayandırdığını açıqlayıb.Bu o deməkdir ki, şirkət Rusiya Federasiyasından neft və neft məhsullarının daşınması üçün yeni sövdələşmələr bağlamayacaq və ya yeni layihələrdə iştirak etməyəcək.Equinor Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir. Şirkət "Rosneft"lə Şərqi Sibirdəki yataqların işlənməsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıb. O, həmçinin Nenets Muxtar Dairəsində bir yatağın bir hissəsini işlədən konsorsiumun bir hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31