ÜST-dən Avropaya epidemiya xəbərdarlığı: Bu, ildə 1,2 milyon insanın ölümünə səbəb olur

Olaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada piylənmə nisbətinin "epidemiya nisbətinə" çatdığını bildirib.  Bu barədə  mayın 4-də Avropa Obezite Konqresində açıqlanan mühüm hesabatda bu məsələ vurğulanıb: "Narahatedicidir ki, artıq çəki və piylənmənin yayılmasında ardıcıl artımlar var və regionda heç bir üzv dövlət 2025-ci ilə qədər piylənmənin artımını dayandırmaq hədəfinə çatmaq yolunda deyil"

Xəstəlik bölgədə hər il təxminən 1,2 milyon insanın ölümünə və təxminən 200,000 xərçəng hadisəsinə səbəb olur.

Məlumata görə, bu rəqəm daha da artacaq və bəzi ölkələrdə piylənmənin siqaret də daxil olmaqla digər xərçəng risk faktorlarını üstələyəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31