Çexiya PPF qrupu Rusiyanı tərk etdi

Olaylar.az xəbər verir ki,  Çexiyanın "PPF Group" şirkətinin strukturları ötən ayın sonunda "RAV Agro" kənd təsərrüfatı holdinqinin təsisçilərindən ayrılıb.

Bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Holdinq Voronej vilayətində yerləşən südçülük təsərrüfatlarını idarə edir və taxıl bitkilərinin becərilməsi ilə məşğul olur. Şirkətin aktivləri təxminən yeddi milyard rubl qiymətləndirilə bilər.

Hazırda RAV Agro təsərrüfatları Krasnodarda yerləşən MMC Torpaq Qoruğuna verilib. Orada 1%-i "Rosselxozbank"a, 99%-i isə baş direktor Yevgeni Svistulaya məxsusdur.

Bildirilir ki, 2011-ci ildə PPF Group Böyük Britaniyanın RP Capital şirkəti, Cargill Venture Holding Ltd fondundan RAV Agro-nun 100% payını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31