Ukraynadakı vəziyyətlə bağlı iclas keçirələcək - Bu tarixdə

Mayın 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Olaylar.az "TASS"-a istinadla xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, iclas may ayında qurumda sədrlik edən ABŞ-ın rəhbərliyi ilə keçiriləcək.

Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirmişdir ki, iclasda BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfəri də müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31