"100-dən çox mülki şəxs "Azovstal"dan çıxarıldı" - Saviano Abreu
3 May 2022 21:58 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməliyyatı nəticəsində Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol şəhərindəki "Azovstal" polad zavodundan 100-dən çox mülki şəxs təxliyə olunub.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu jurnalistlərə açıqlamasında bildirib.
S.Abreu deyib ki, BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək: "Ümid edirəm ki, Kiyev və Moskva ilə davam edən koordinasiya daha çox mülki şəxslərin döyüşlərin olduğu bölgələrdən təhlükəsiz şəkildə uzaqlaşmasına və humanitar yardımların çatdırılmasına imkan verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31