Moskva vilayətində yaşayış binasında yanğın - 3 nəfər ölüb, 15 nəfər...
3 May 2022 20:31 DünyaMoskva vilayətinin Mıtişi şəhərində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər dəm qazından zəhərlənib.
Olaylar.az "TASS"-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yanğın 80 kv.m. sahəni əhatə edib. Yanğının söndürülməsi zamanı 8 nəfər təxliyyə edilib. Moskva vilayətinin prokurorluğu 3 nəfərin ölümünü təsdiqləyib. Yanğınla bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31