İrəvanda müxalifətin Paşinyan əleyhinə mitinqi başlayıb

İrəvanın "Fransa" meydanında müxalifətin növbəti mitinqi başlayıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, mitinqə sabiq prezident Robert Koçaryanın gəlini, müğənni Siruşo da qatılıb.

O, nümayişçilərlə birgə mahnılar oxuyub.

Qeyd edək ki, ötən gün və bu gün səhər də Ermənistanın paytaxtında aksiyalar təşkil olunub. Polis nümayişçilərə qarşı güc tətbiq edib. 250 nəfərin saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31