Messinin köynəyi üçün fantastik məbləğ - Şok rəqəm

Argentinalı futbolçu Lionel Messinin köynəyi 427 min avroya alınıb.

Olaylar.az xəbər verir ki, PSJ-nin futbolçusunun "Barselona"da çıxış edərkən 500-cü qolunu vurduğu köynəyinin yeni sahibi hərracda 427 680 avro ödəyib.

Messi 2017-ci ilin aprelində "Santiaqo Bernabeu"da Madrid "Real"ına 3:2 hesabı ilə qalib gəldikləri oyunda "Barselona"da 500-cü qolunu vurub. Qoldan sonra Lionel Messi köynəyini çıxararaq tribunalara göstərib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31