İsveçrə koronavirusla bağlı ölkəyə giriş məhdudiyyətlərini ləğv edib

İsveçrə koronavirus pandemiyası səbəbiylə 2020-ci ilin mart ayından qüvvədə olan ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Miqrasiya Katibliyindən bildiriblər.

Mayın 2-dən etibarən İsveçrəyə gəldikdən sonra peyvənd sertifikatı və ya koronavirusa qarşı immunitetin olduğunu təsdiq edən sənədin təqdim edilməsinə ehtiyac yoxdur.

"Bu tarixdən [2 may] etibarən yenidən İsveçrə ərazisinə adi qaydada daxil olmaq mümkündür. İndi ölkəyə daxil olarkən peyvənd sertifikatı və ya koronavirusdan sonra sağalma haqqında arayış təqdim etməyə ehtiyac yoxdur", - deyə Katiblikdən bildiriblər.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31