Buça qətliamının ilk şübhəlisi açıqlandı - FOTO

"Buça qətllərində ilk şübhəli şəxsin Rusiya Milli Qvardiyasının komandiri Sergey Kolotsey olduğu müəyyən edilib".

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova tvitter hesabında yazıb.

"Polis müəyyən edib ki, martın 18-də o, dörd silahsız şəxsi öldürüb, daha sonra isə mülki vətəndaşa işgəncə verib və onu istehza ilə edam edib.

Buçadakı vəhşiliklərdən sonra o, Ulyanovska yağmalanmış mallar göndərib", - Baş prokuror əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31