“Qrad” və “Smerç” üçün cihazlar istehsal edən zavodda yanğın baş verib
2 May 2022 20:44 DünyaRusiyanın Perm şəhərində barıt və sursat zavodunda yanğın baş verib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğında iki nəfər həlak olub.
Rusiyanın Perm vilayəti üzrə Dövlət Əmək Müfəttişliyindən verilən yazılı açıqlamaya görə, dünən gecə saatlarında "Perm Barıt Zavodu"nda hələlik səbəbi müəyyən edilməyən yanğın olub.
Rusiyanın Ural dağlarına yaxın bir bölgədə yerləşən Perm Barıt Zavodunda hava hücumundan müdafiə sistemləri ilə yanaşı, "Qrad" və "Smerç" kimi çoxsaylı raket buraxılış sistemləri üçün doldurma qurğularının istehsal edildiyi məlumdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31