Rusiyaya qarşı sanksiyalar paketi müzakirə ediləcək

Avropa Komissiyası (AK) mayın 3-də Avropa Komissarları Şurasının iclasında Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Energetika üzrə Avropa Komissarı Kadri Simson deyib.

"Sabah bu, AK Kollegiyasının növbəti iclasının mövzusu olacaq və əminəm ki, bundan sonra [Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen] əlavə məlumat verəcək", - deyə K.Simson bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31