"Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin vaxt lazımdır" - Kukis
2 May 2022 17:19 DünyaRəsmi Berlin Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün azaldılmasına hazırlaşmaq üçün bir neçə ay lazımdır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis deyib.
"Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin neft tədarükü üçün dogər mənbələrin müəyyən edilməsinə bir az vaxt lazımdır", - Kukis bildirib.
O qeyd edib ki, Berlin bir sıra neft şirkətləri, Avropa Komissiyası və Polşa hökuməti ilə danışıqlar aparır:
"Bu proses çətinliklərlə doludur, lakin Almaniya ilin sonundan gec olmayaraq bütün problemləri həll edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31