Belçikada etirazçılar dəmir çəllək geyinərək nümayişə çıxdılar - VİDEO

Belçikada fəallar 1 May nümayişinə neft çəlləkləri geyinərək qatılıblar.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, onlar bu yolla yanacağın və zəruri məhsulların bahalaşmasına etiraz ediblər.

"Bu gün bizim bu çəlləklərdən başqa heç nəyimiz yoxdur. Bu o deməkdir ki, avtomobilin yanacağını aldıqdan, evi isitdikdən və yemək bişirdikdən sonra əlimizdə heç nə qalmayıb", - aksiya iştirakçılarından biri bildirib.

Qeyd edək ki, Brüsselin mərkəzində keçirilən aksiya ifrat solçu Belçika İşçi Partiyası tərəfindən təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31