"Cənab Putinlə müzakirə edərək, həll yolunu tapmağa çalışacağıq" - Rəcəb Tayyib Ərdoğan

"Yəqin ki, bu həftə Putinlə görüşəcəyik".

Olaylar.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Çamlıca Məscidində bayram namazı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Bu arada taxıl ixracında, istər Ukrayna, istərsə də Rusiya tərəfi bizdən müəyyən dəstək istəyirlər. Bu məsələləri yenidən cənab Putinlə müzakirə edərək, həll yolunu tapmağa çalışacağıq. Amma xüsusən də bu təxliyyələrin sürətləndirilməsi prosesi ilə bağlı hər cür addımlar atırıq. Əlbəttə ki, liderlər bir araya gəlməlidir".

Türkiyə prezidenti liderləri İstanbul və ya Ankarada bir araya gətirmək istədiklərini vurğulayıb: "Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həll nöqtəsinin Türkiyə ( İstanbul və ya Ankara) olacağına inanıram".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31