"Çox həyəcanlı olsam da, hiss etdirmədim" - Seksual qısnamaya məruz qalan aktrisa

"Öyle Bir Geçer Zaman Ki" serialındakı "Karolin" obrazı ilə tanınan alman aktrisa Vilma Elles 2 il əvvəl İstanbulda yaşadığı seksual qısnama hadisəsindən danışıb.

Olaylar.az bildirir ki, Nişantaşıda jurnalistlərin obyektivinə yaxalanan aktrisa avtobusa mindiyini və sürücünün onu tənha yerə apardığını deyib.

"Maşında tək idim, qəbrin yanında dayanmışdıq. Sürücü qapıları, pərdələri bağladı. Çox həyəcanlı olsam da, hiss etdirmədim. "Nə edirsiniz", dedim, "çox gözəlsən, gəl tanış olaq"  dedi. Mən də qarşılığında, "yaraşıqlı adamsan, gəl burda yox, daha yaxşı yerdə görüşək, sənə nömrəmi verim", - söylədim. Həqiqi nömrə verməli oldum, çünki bilirdim ki, o, mənə zəng vuracaq. Zəng etdi və əmin oldu. Titrəyərək  maşından düşdüm, sonra 5-6 dəfə zəng etdi", - deyə Vilma əlavə edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31