İlk "üçlükdə" Rusiya vətəndaşlığı alan hansı ölkələrdir? - DİN açıqladı
2 May 2022 13:43 DünyaErmənistan 2022-ci ilin iki ayında ən çox Rusiya pasportu alan ölkələr arasında ilk üçlükdə olub.
Olaylar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumatda deyilir. 2022-ci il martın 1-nə dövlət proqramının iştirakçıları və ya onların ailə üzvləri olan 13 mindən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya vətəndaşlığını alıb.
Qəbul edənlər arasında Ermənistan, Qazaxıstan və Tacikistan vətəndaşları liderdir. Bundan əlavə, 2021-ci ilin yanvar və fevral aylarında 10 min nəfərin Rusiya vətəndaşlığı aldığı bildirilir.
Xaricdə yaşayan həmvətənlərin Rusiya Federasiyasına könüllü köçürülməsinə yardım üzrə Dövlət Proqramı Prezidentin 22 iyun 2006-cı il tarixli fərmanı ilə təsdiq edilib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31