"Bundan sonra danışıqlar prosesi xeyli çətinləşdi" - Kuleba
30 Aprel 2022 21:13 Dünyaİstanbul görüşündən sonra Ukrayna ilə Rusiya arasında sülh prosesi çətinləşib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Sinxua agentliyinə müsahibəsində deyib.
"Bəli, hazırki dövrdə Ukrayna ilə Rusiya arasında sülh danışıqları çox çətin gedir. Bir neçə həftə əvvəl Türkiyənin vasitəçiliyi ilə tərəflər İstanbulda danışıqların növbəti raundunu keçirdilər. Görüşdə Ukrayna nümayəndə heyəti ölkənin təhlükəsizliyinə dair beynəlxalq zəmanət istədi. Rusiya tərəfi təklifi ətraflı öyrənmək üçün qəbul etdi. Təəssüf ki, bundan sonra danışıqlar prosesi xeyli çətinləşdi" - deyə diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31