Türkiyə NATO-dakı təlimdən imtina etdi - SƏBƏB?
30 Aprel 2022 19:11 DünyaTürkiyə Yunanıstanda keçiriləcək NATO hərbi təlimlərində iştirakdan imtina edib.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, "Tiger Meet" təlimlərinin texniki reqlamenti hazırlanarkən Yunanıstan tərəfi Türkiyəyə qarşı yönəlib, Egey dənizi üzərində hava sərhədləri ilə bağlı dəyişikliklər tətbiq edib.
Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələri təlimlərdə iştirak etməmək qərarı alıb.
"Tiger Meet" təlimləri mayın 9-dan 20-dək Yunanıstanda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31