Türkiyə Prezidenti və BMT-nin Baş katibi arasında telefon danışığı olub

BMT-nin Baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyəti, humanitar məsələləri müzakirə ediblər.
 
Quterreş Moskva və Kiyevə səfəri barədə Ərdoğana məlumat verib.
 
Baş katib bu yaxınlarda Rusiya və Ukraynaya səfər edib. O, prezidentlər Vladimir Putin və Volodimir Zelenski ilə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31