COVID-19 TƏHLÜKƏSİ - Bütün məktəblər bağlanır

Olaylar.az bildirir ki, Çinin paytaxtı Pekində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlverişsiz epidemioloji vəziyyətə görə bütün məktəbləri bağlamaq qərarına gəliblər.

Qərara əsasən, cümə günündən etibarən şəhərin bütün məktəbləri fəaliyyətini dayandıracaq. Eyni zamanda, Pekin hökuməti təhsil müəssisələrinin nə vaxt açılacağını dəqiqləşdirməyib. Məktəblilərin distant təhsil imkanının olub-olmayacağı və imtahana hazırlaşanların dərslərə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.

Son bir həftə ərzində Pekində ​​COVID-19-a 150 yoluxma hadisəsi aşkar edilib, onlardan 50-si cümə axşamı qeydə alınıb. Məktəblərdə və uşaq bağçalarında 30-dan çox yoluxma aşkarlanıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31