Ukrayna millisinə namizəd anası ilə birlikdə həlak oldu - FOTO

Ukraynanın 14 yaşlı ağırlıqqaldıranı Alina Perequdova vəfat edib.

Olaylar.az report-a istinadən bildirir ki, idmançı Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Mariupolda həlak olub.

Onunla birlikdə anası da dünyasını dəyişib.

Qeyd edək ki, Alina Perequdova Ukrayna millisinə namizəd idi. O, ötən il 17 yaşadək ağırlıqqaldıranlar arasında ölkə çempionatında qızıl medal qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31