"Döyüşlər Lisiçansk və Severodonetsk ətrafında ağır keçib" - Böyük Britaniya Müdafiə Nazirliyi
29 Aprel 2022 19:24 DünyaDonbas döyüşü Rusiyanın Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti təmin etmək məqsədinə çatması üçün əsas strateji fokus olaraq qalır.
Olaylar.az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, bu vilayətlərdə döyüşlər Lisiçansk və Severodonetsk ətrafında xüsusilə ağır keçib, İziumdan cənubdakı Slovyanska doğru irəliləməyə cəhd edilib.
Əlavə olunub ki, Ukraynanın güclü müqaviməti sayəsində Rusiyanın yeni əraziləri ələ keçirmək imkanları məhdud olub və Rusiya qüvvələri önəmli itkilər verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31