Borjomi Gürcüstanda hasilatı dayandırdı

Olaylar.az xəbər verir ki, Borjomi şirkəti Gürcüstandakı hər iki fabrikində istehsalı müvəqqəti dayandırdığını elan edib. Buna səbəb Ukraynadakı vəziyyətlə bağlı maliyyə problemləri olub:

"Ukraynada hərbi əməliyyatların başlanmasından bəri IDS Borjomi Georgia çətin vəziyyətdədir"

Onlar qeyd ediblər ki, əsas satış bazarlarında çətin vəziyyət yaranıb və bank hesablarına çıxışın məhdudlaşdırılması ilə daha da gərginləşib ki, bu da valyuta gəlirlərinin əldə edilməsi və kreditorlarla hesablaşmaların aparılması imkanlarını bağlayıb.

Şirkət vəziyyəti düzəltməyə ümid edirdi, lakin bu hələ mümkün olmayıb. Buna görə də aprelin 29-dan zavodların işinin dayandırılması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31