Türkiyə Ukraynanı tibbi məhsullarla təmin edəcək

Olaylar.az "Anadolu" agentliyinə istinadən  xəbər verir ki, Türkiyə iki ölkə arasında xoşməramlılıq və dostluq əlaməti olaraq Ukraynaya 410 adda dərman yardımı  edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənəd respublika hökumətinin rəsmi qəzetində dərc olunub.

2022-ci il martın 28-də Ankara və Kiyev arasında Ukraynaya pulsuz tibbi məhsul və dərmanların təhvil verilməsinə dair hökumətlərarası saziş imzalanıb. Ukrayna tərəfi bu yardımı Türkiyənin icazəsindən yan keçməklə üçüncü ölkəyə ötürə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31