"Ukrayna bu müharibədə qalib gələcək" - Petkov

Bolqarıstan Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşüb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Petkov bu barədə "Twitter"də bildirib.

"Ukrayna bu müharibədə qalib gələcək.

Prezident Zelenski, Ukrayna və azad dünya üçün göstərdiyiniz liderliyə görə təşəkkür edirəm.

Bolqar dənizçilərinə və gəmilərinə vətənə qayıtmaqda kömək etmək istəyinizə görə də minnətdaram", - Bolqarıstan Baş naziri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31