"Ukraynaya dəstəyimizi gücləndirməyin vacibliyini görürük” - Stoltenberq
28 Aprel 2022 19:16 Dünya"NATO ölkələri Ukraynaya təxminən 8 milyard dollar dəyərində hərbi dəstək verib".
Olaylar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, müharibə başlayandan bəri Ukraynaya hərbi dəstək artıb: "Bu günə qədər NATO müttəfiqləri Ukraynanı ən azı 8 milyard dollarlıq hərbi dəstəklə təmin ediblər. Ukraynaya dəstəyimizi daha da gücləndirməyin vacibliyini görürük", - Stoltenberq deyib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31