Rusiyadan Twitterə 3 milyon rubl cərimə

Olaylar.az xəbər verir ki, Rusiya məhkəməsi Twitter sosial media platformasını qadağan olunmuş məzmunu silmədiyinə görə 3 milyon rubl cərimələyib.Bu barədə İnterfaks agentliyinin xəbərində bildirilib.

Təxminən 41 min dollar məbləğində cərimə "Twitter"in Rusiyada qadağan olunmuş məzmunu, o cümlədən "Molotov kokteyllərinin necə hazırlanacağına dair təlimatları olan yazıları" silə bilməməsindən sonra tətbiq edilib.
Xatırladaq ki, Rusiya daha əvvəl də eyni səbəbdən Google-u eyni məbləğdə cərimələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31