İranda edam hökmlərinin sayı 25 faiz artıb

Norveçdə yerləşən qeyri-hökumət təşkilatı və Fransada yerləşən Ölüm Cəzasına Qarşı Təşkilat 2021-ci ildə İranda edamların 25 faiz artdığını bildirib

İki QHT-nin bu gün paylaşdığı hesabatda İranda İbrahim Rəisinin iyun ayında prezident seçilməsindən sonra edam nisbətlərinin artdığı vurğulanıb.

İranda rəsmi media və mənbələrə əsaslanan hesabata görə, 2020-ci ildə 267 nəfər edam edilibsə, 2021-ci ildə bu rəqəm 25 faiz artaraq 333-ə çatıb. Yüz səhifədən çox olan hesabatda bildirilir ki, 2020-ci ildə 9 qadın edam edilibsə, 2021-ci ildə bu rəqəm 17-yə yüksəlib.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı edamların sayı da 25 faiz artıb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31