Rusiya təyyarəsi Ukraynanın Su-24 təyyarəsini vurdu

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 5 pilotsuz təyyarə və Su-24 bombardmançı təyyarəsinin məhv edildiyini açıqlayıb.

Məlumata əsasən,  ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov və Novomikaylovka, Lyubimovka, Zatişnoye, Veseloqorovka kəndləri üzərində pilotsuz uçuş aparatlarını vurub.

İqor Konaşenkov əlavə edib ki, bombardmançı Nikolaevka (LPR) yaxınlığında məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31