Moskva Yaponiya səfirliyinin əməkdaşlarını “persona non qrata” elan edib
27 Aprel 2022 23:56 DünyaRəsmi Moskva rusiyalı diplomatların qovulmasına cavab olaraq Yaponiya səfirliyinin səkkiz diplomatik əməkdaşını "persona non qrata" elan edib və onlara mayın 10-dək Rusiyanı tərk etmək göstərişi verilib.
Olaylar.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
"Rusiya tərəfi 8 yapon diplomatik işçisinin mayın 10-dək ölkəmizi tərk etməsini tələb edib. Hadisələrin bu cür inkişafı üçün tam məsuliyyət yalnız Rusiya ilə dostluq, konstruktiv münasibətlərdən imtina etmək lehinə seçim edən Yaponiya hökumətinin üzərinə düşür" - deyə mesajda qeyd edilir.
Aprelin 8-də bildirilmişdi ki, Yaponiya hakimiyyəti səkkiz rus diplomatını "persona non qrata" elan edib. Tokionun qərarı həmçinin Rusiya səfirliyinin və Tokiodakı ticarət missiyasının əməkdaşlarına da aid olub.
Lenta.ru