İsraildə 9 may paradı ləğv edilib - SƏBƏB?

Bu il İsraildə 9 May paradı keçirlməyəcək.

Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Aliyə və inteqrasiya naziri Pnina Tameno-Şete deyib.

Nazir hazırkı vəziyyətdən xəbərdar olduqlarını bildirib.

"Bu il mayın 9-da kütləvi tədbirlərdən və yürüşlərdən çəkinmək barədə qərar qəbul olunub", - deyə nazir bildirib.

Eyni zamanda, Herzl dağında faşist Almaniyası üzərində qələbədə əməyi olan yəhudi veteranların şərəfinə təntənəli mərasim keçiriləcək.

Nazir bildirib ki, bu qərar veteran təşkilatları ilə birgə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31