Kanada Ukraynaya ən son buraxılış zirehli maşınlar verəcək

Olaylar.az "Ukrainskaya Pravda"-ya istinadən bildirir ki, Kanada Ukrayna ordusu üçün səkkiz zirehli maşın alacaq. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Twitter-də məlumat verib.

"Kanada "Roshel" şirkətinin istehsalı olan səkkiz zirehli maşının alınması üçün müqavilə imzalayıb və bu maşınlar ən qısa zamanda ukraynalı dostlarımıza təhvil veriləcək", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, Kanada Ukraynaya hərtərəfli hərbi yardım göstərməyə davam edəcək.

Kanada ölkədə mövcud olan 37 ədəd "M-777" haubitsasından dördünü Ukraynaya göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31