"Baş verəcək genişmiqyaslı münaqişənin qarşısı alındı” - Putin

"Donbasda xüsusi əməliyyatın bütün tapşırıqları qeyd-şərtsiz yerinə yetiriləcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bir daha vurğulamaq istəyirəm ki, Donetsk və Luqanskda, Rusiya Krımında və bütün ölkəmiz boyu sülh və əmin-amanlığın təmin edilməsi üçün Donbasda və Ukraynada fevralın 24-də başlanmış xüsusi hərbi əməliyyatın bütün tapşırıqları qeyd-şərtsiz yerinə yetiriləcək", - Putin qeyd edib.

"Aydın dərk etməliyik ki, əsgər və zabitlərimiz öz cəsarətləri, qətiyyətləri, qəhrəmanlıqları ilə vətənimizi bürümüş real təhlükənin, baş verəcək genişmiqyaslı münaqişənin qarşısını aldılar", - Rusiya prezidenti bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31