Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı
27 Aprel 2022 15:43 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Ümumdünya Turizm Təşkilatından çıxmaq qərarına gəlib. Bu barədə İspaniyanın Agencia EFE xəbər agentliyi məlumat yayıb ."Rusiya UNWTO-dan çıxmaq niyyətini açıqlayıb", - nəşr yazır.
Qeyd olunur ki, təsdiq edilmiş prosedura əsasən, proses təxminən bir il çəkəcək.
BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik vəziyyəti şərh edərkən qeyd edib ki, Rusiyanın ÜTT-yə üzvlüyünün dayandırılması "fəlakətli presedent yaradacaq".
Aprelin 27-də Madriddə BMT-nin Ümumdünya Turizm Təşkilatının fövqəladə Baş Assambleyası işə başlayıb, orada Rusiyanın üzvlüyünün dayandırılması məsələsinə baxılması planlaşdırılırdı. Rosturizm təşkilatdan çıxma ilə bağlı məlumatı hələlik təsdiqləməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31