Qırğızıstana yeni XİN başçısı təyin edilib
27 Aprel 2022 14:06 DünyaQırğız parlamenti Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyi barədə Prezident Sadır Japarovun təqdimatını qəbul edib.
Olaylar.az xəbər verir ki, 90 deputatdan 71-i Jeenbek Kulubayevin lehinə səs verib.
Qeyd edək ki, Jeenbek Kulubayev 1963-cü ildə Qırğızıstanın İssık-Kul vilayətinin Çırpıktı kəndinə anadan olub, ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Bu il aprelin 5-də xarici işlər naziri vəzifəsinin müvəqqəti icrasına başlayıb.
Xatırladaq ki, Rusla Kazakbayev başqa işə keçməsi ilə əlaqədar xarici işlər naziri vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31