Qaz təchizatının kəsilməsi şantaj vasitəsidir
27 Aprel 2022 14:17 DünyaAvropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın Avropadakı müştərilərə qaz tədarükünü dayandırmaq qərarını "şantaj aləti" adlandırıb.
Bu addım Rusiyanın qaz təchizatçısı kimi etibarsızlığını göstərir.
"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , Ursula AB üzv dövlətlərinin bu ssenari üçün fövqəladə hallar planlarının və Avropa Komissiyası blokda alternativ çatdırılmaları və mümkün olan ən yaxşı saxlama səviyyələrini təmin etmək üçün onlarla sıx əlaqələr saxladığını bildirib.
Son olaraq Ursula "Avropalılar bizim tam dəstəyimizə arxalana bilərlər" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31