Məşhur müğənni Ərdoğana müraciət etdi

Tanınmış ukraynalı müğənni, teleaparıcı, aktrisa və bloqer Olya Polyakova Mariupoldan insanların təxliyəsi məqsədilə dəniz dəhlizinin açılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının müraciəti "Freedom" telekanalının efirində səsləndirilib.

Polyakova Türkiyədə baş tutan "Şaxtyor" - "Antalyasport" xeyriyyə matçından sonra Ərdoğana müraciətində bunları deyib: ""Azovstal"da 1000 nəfər var. Orada çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmür. Siz təsəvvür edirsiniz, 61 gündür insanlar zirzəmilərdədir? Mən yerli hakimiyyətə və şəxsən Ərdoğana müraciət etmək istəyirəm ki, dəniz dəhlizi açılsın. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilər. Ona görə də mən sizdən xahiş edirəm ki, aqressora olan təsir gücünüzdən istifadə edəsiniz və xilas üçün böyük və çox vacib bir missiya həyata keçirəsiniz".

Qeyd edək ki, O. Polyakova xeyriyyə matçında Ukrayna himnini ifa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31