Niderland vizaların verilməsini dayandırır
26 Aprel 2022 18:47 DünyaNiderland Xarici İşlər Nazirliyi aprelin 27-dən ruslara qısamüddətli vizaların verilməsini dayandırır.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfirliyi məlumat yayıb. "Rusiya hökumətinin Niderland səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarını "persona non-qrata" elan etmək qərarına görə Krallığın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırmağa məcbur olub", - səfirlikdən bildiriblər.
Məlumata görə, müvəqqəti yaşayış icazəsi və ya ikitərəfli razılaşma ilə nəzərdə tutulmuş üzrlü səbəblər olduqda humanitar səbəblərə görə müraciətlər üçün istisnalar ediləcək.
Qeyd edək ki, aprelin 19-da Rusiya XİN Niderlandın Moskvadakı səfirliyinin 14 əməkdaşını və Sankt-Peterburqdakı Baş Konsulluğun əməkdaşını "persona non-qrata" elan edib. Onlar 14 gün ərzində ölkəni tərk etməlidirlər.
azpost