Hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq
26 Aprel 2022 18:37 DünyaPolşada mayın 1-dən etibarən dispetçer çatışmazlığı ilə əlaqədar hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Polşa hökumətinin qərarında deyilir.
Qeyd olunur ki, paytaxt Varşava üzərində hava məkanında uçuşlar yerli vaxtla saat 09:30-da 17:00-dək yerinə yetirilə bilər.
Polşada aviadispetçerlərin hava nəqliyyat agentliyi rəhbərliyi ilə münaqişəsi bir ilə yaxındır ki, davam edir. Dispetçerlər əlverişsiz iş şərtləri və aşağı əmək haqları ilə bağlı şikayət edirlər. Yaxın zamanlarda onların kütləvi işdən ayrılmaları gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31