İraqda türk hərbçilər həlak olub
26 Aprel 2022 17:50 DünyaTürkiyənin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində baş vermiş pusqu nəticəsində 3 türk hərbçi həlak olub.
Olaylar.az bildirir ki bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub, 4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi daha sonra dünyasını dəyişib.
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının davam etdiyini bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31